Gürcüstanın Polşadakı səfiri Saakaşvilinin səhəti ilə əlaqədar olaraq XİN-ə çağırılıb
Gürcüstanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu məlumat nazirliyin Tvitter səhifəsində yerləşdirilib. Məlumata görə, səfir Mixail Saakaşvilinin səhhətinin müzakirəsi üçün dəvət edilib.

Səfirə Tbilisinin avroatlantik inteqrasiyası üçün şəffaflıq, qanunun aliliyi və siyasi təzyiqdən çəkinməyin vacib olduğu bildirilib.

Qeyd edək ki, Mixeil Saakaşvili 1 oktyabr tarixində Tbilisidə polis tərəfindən həbs edilib. O, həbsxanaya yerləşdirildikdən sonra, aclıq aksiyasına başlayıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google