Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, ötən həftə
müəllimlərin 0,9% -i və şagirdlərin 0,6% -i virusa yoluxub.
Ötən həftənin məlumatlarına görə, Gürcüstanda 108 məktəb və 687
ayrı sinif distant təhsilə keçib.
Nazirlikdən verilən məlumata görə, bu mərhələdə müəllimlərin və
məktəb idarə işçilərinin 69%-i peyvənd olunub.
“Uşaqların sağlamlığı və məktəblərdə təhlükəsiz mühitin
yaradılması Təhsil və Elm Nazirliyi üçün xüsusilə vacibdir.
Nazirlik bir daha bütün məktəb ictimaiyyətini mümkün qədər səhiyyə
sektorunun tövsiyələrinə əməl etməyə, aşılama prosesində fəal
iştirak etməyə çağırıb.
Ümumtəhsil müəssisələri pandemiyanın qarşısının alınması, sağlamlıq
sahəsindəki tövsiyələrə maksimum riayət olunmasını təmin etmək və
təhlükəsiz bir mühit yaratmaq üçün lazımi qaynaqlar ilə tam təchiz
olunmuşdur", - deyə məlumatda qeyd edilib.