Ötən həftə müəllimlərin 0,9% -i və şagirdlərin 0,6% -i virusa yoluxub
Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, ötən həftə müəllimlərin 0,9% -i və şagirdlərin 0,6% -i virusa yoluxub.

Ötən həftənin məlumatlarına görə, Gürcüstanda 108 məktəb və 687 ayrı sinif distant təhsilə keçib.

Nazirlikdən verilən məlumata görə, bu mərhələdə müəllimlərin və məktəb idarə işçilərinin 69%-i peyvənd olunub.

“Uşaqların sağlamlığı və məktəblərdə təhlükəsiz mühitin yaradılması Təhsil və Elm Nazirliyi üçün xüsusilə vacibdir. Nazirlik bir daha bütün məktəb ictimaiyyətini mümkün qədər səhiyyə sektorunun tövsiyələrinə əməl etməyə, aşılama prosesində fəal iştirak etməyə çağırıb.

Ümumtəhsil müəssisələri pandemiyanın qarşısının alınması, sağlamlıq sahəsindəki tövsiyələrə maksimum riayət olunmasını təmin etmək və təhlükəsiz bir mühit yaratmaq üçün lazımi qaynaqlar ilə tam təchiz olunmuşdur",
- deyə məlumatda qeyd edilib.

Mənbə: Publika

Print