Qiqi Uqulava karantin qaydalarını pozarsa, cərimələnəcək - Daxili İşlər nazirinin müavini
Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin sözlərinə görə, Qiqi Uqulava cərimələnə bilər.

"Qiqi Ugulavaya gəlincə karantin qaydalarını pozsa, buna görə cərimələnəcək", - deyə Daraxvelidze qeyd edib.

Məlumat üçün bildirək ki, dünən mitinqdə iştirak edən Qiqi Uqulava təxminən bir həftə əvvəl koronavirus olduğu təsdiqlənib. Qiqi Uqulavanın sözlərinə görə, mitinqə qatılmazdan əvvəl mənfi cavab göstərən bir test alıb və həkimlə məsləhətləşdikdən sonra mitinqə gəlməyə qərar verib.

Mənbə: İnterPressNews
Print