Gürcüstanda yaşayış minimumu azalıb
2021-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 4.8 lari azalıb.

Milli Statistika İdarəsinin məlumatına görə, keçən ay əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 216,3 lari, 2021-ci ilin avqustunda isə 221,1 lari olub.

2020-ci ilin eyni dövrü ilə müqayisədə, iyul ayında əmək qabiliyyətli kişilərin yaşayış minimumu 37,1 lari artıb. Ötən ilin sentyabr ayında yaşayış minimumu 184 lari təşkil edib.

Eyni zamanda, qurumdan verilən məlumata görə, sentyabr ayında avqust ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 4,2 lari azalaraq 195,8 lari əvəzinə 191,6 lari təşkil edib.

2020-ci ilin eyni dövründə isə keçən ilin sentyabr ayında orta istehlakçının yaşayış minimumu 162,9 lari idi.

Mənbə: report.ge
Print