Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət
dövriyyəsinin həcmi 789 817,4 min ABŞ dolları təşkil edib ki, bu da
illik müqayisədə 102 256,8 min dollar və ya 14,9% çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi
hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 389 661,6 min dollarlıq
mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 8,1% çoxdur.
Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 22,3% artaraq
400 155,8 min dollara bərabər olub.
Nəticədə, cari ilin ilk 9 ayı ərzində Gürcüstanın Azərbaycanla
ticarət dövriyyəsində 10 494,2 min dollarlıq müsbət saldo
yaranıb.