Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15% artıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 789 817,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 102 256,8 min dollar və ya 14,9% çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 389 661,6 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 8,1% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 22,3% artaraq 400 155,8 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk 9 ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 10 494,2 min dollarlıq müsbət saldo yaranıb.


Mənbə: apa.az


Print