Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidzenin
sözlərinə görə, ölkədə tələbələrin yalnız 28%-i koronavirus
əleyhinə peyvənd edilib.
"Tələbələrimizə, xüsusən tibb sahəsində təhsil alan gənclərimizə
müraciət etmək istərdim. Gələcəyin həkimi və ya tibb tələbəsi
peyvənd olunmalıdır. Tibb tələbəsi peyvənd olunmayıbsa, xəstə
otağına girməməlidir. Çünki, xəstələr üçün çox
təhlükəlidir", - deyə Qamkrelidze bildirib.