Qurcaanidə qonşu ər və arvadı yaralayıb. Hadisə zamanı qadın
yerindəcə dünyasını dəyişib. Kişi isə klinikaya aparılıb.
Sakinlərin sözlərinə görə, qonşu ər və arvada ov tüfəngi ilə
xəsarət yetirib.
Şahidlərin məlumatına görə, hadisənin baş vermə səbəbi keçmiş
torpaq sahəsi ilə bağlı yaranmış mübahisədir. Faktla bağlı
araşdırma aparılır.