Qurcaanidə qadın qonşusu tərəfindən qətlə yetirilib
Qurcaanidə  qonşu ər və arvadı yaralayıb. Hadisə zamanı qadın yerindəcə dünyasını dəyişib. Kişi isə klinikaya aparılıb.

Sakinlərin sözlərinə görə, qonşu ər və arvada ov tüfəngi ilə xəsarət yetirib. 

Şahidlərin məlumatına görə, hadisənin baş vermə səbəbi keçmiş torpaq sahəsi ilə bağlı yaranmış mübahisədir. Faktla bağlı araşdırma aparılır. 


Mənbə: report.ge
Print