Fındıq və qoz ixracı yanvar-sentyabr aylarında 39,8% artıb - Statistika İdarəsi
Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında fındıq və qoz ixracı yüzdə 39,8 artıb.

Ölkə 2020-ci ilin yanvar-sentyabr aylarında 48,9 milyon ABŞ dolları dəyərində qoz-fındıq ixrac edib, 2021-ci ilin eyni dövründə isə 68,4 milyon ABŞ dolları dəyərində xammal ixrac edib.

2020-ci ildə fındıq və qoz ixracı yerli ixracatın 2,8 %-ni 2021-ci ildə isə 3,2 %-ni təşkil edib.


Mənbə: Netgazeti
Print