Marneuliyə qrip peyvəndi gətirilib
Marneulidə mövsümi qripə qarşı 400 doza peyvənd gətirilib. Bu barədə Marneuli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadze bildirdi. Onun sözlərinə görə, peyvənd artıq Marneulinin bütün tibb müəssisələrinə göndərilib və ilk növbədə risk qruplara hamilələrə, şəkərli diabeti olan şəxslərə, həkimlərə və dialezdə olan xəstələrə vurulacaq. Daha sonra isə risk qrupların dairəsi genişləndiriləcək.

“Mövsümi qripə qarşı 400 doza peyvənd gətirilib. Xüsusi risk qruplara, məsələn, həkimlərə, hamilələrə, şəkərli diabeti olan və dialezdə olan şəxslərə vurulacaq. İkinci mərhələdə risk qruplar genişləndiriləcək. Əlavə dozalar qəbul edəcəyik. İndiki mərhələdə bütün tibb müəssisələrinə göndərilib. Hamilələr və diabeti olanlar poliklinkalara müraciət etsinlər. Tibbi heyət isə özü mövsümi qripə qarşı peyvənd vurdurmalıdır”, – Laperadze bildirib.

Gürcüstanda qripin mövsümi artması oktyabr, noyabrda başlayır, yanvarın ikinci hissəsində və fevralın əvvəlində isə pikə çatır. Qrip peyvəndi adamı yalnız əksər hallarda bronxit, pnevmoniya, otitit və.s ilə ağırlaşan qrip virusunun aqressiv tiplərindən qoruyur.

Mövsümi qrip peyvəndi 6 aydan bir hamıya vurulmalıdır.

"Marneuli" Radiosu
Print