Marneulili idmançı Avropa çempionatında iştirak edir
Marneuli bələdiyyəsinin idman məktəbinin boksçusu Qiorqi Jorjoliani Avropa çempionatında iştirak edir. Gürcüstan Boks Milli Federasiyasının məlumatına görə, Marneulili idmançı Belorusiyalı boksçunu məğlub edib. Marneuli İdman Məktəbinin rəhbəri Mamuka Naveriani ümid edir ki, Qiorqi Jorjoliani Gürcüstana böyük uğurlarla qayıdacaq və gələcək nəsilin boksla məşğul olması üçün motivasiya olacaq.

“Qiorqi Jorjoliani uşaqlıqdan Marneulidə boks üzrə məşq edir. İlk növbədə ona çəkdiyi zəhmətə, onun məşqçisinə isə bu gün Qiorqinin çempionatda iştirak etməsinə görə, minnətdarlığımı bildirirəm. O, Gürcüstan milli yığmasında gənclər yığmasının üzvüdür və bizim bələdiyyənin uğurlu gənclərindən biridir. Həmçinin, Gürcüstan Boks Federasiyasının rəhbəri cənab Davit Tsiklauriyə və Gürcüstan boks üzrə məşq qərargahına minnətdarlığımı bildirirəm ki, sağlam rəqabət əsasında Qiorqinin Avropa çempionatında iştirak etmək şəraiti var”, – Mamuka Naveriani bildirdi.

Qeyd etmək lazımdır ki, Gürcüstan Gənc Boksçular yığması monitorinqdə Avropa çempionatında iştirak etmək üçün 13 oktyabr tarixində yola düşüb. Çempionat bir neçə gün ərzində davam edəcək.


 

Print Email
FaceBook Twitter Google