“Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində
önəmli rol oynayır və buna görə mən sizə minnətdarlığımı
bildirirəm”.
Bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavyer Kolomina Gürcüstan baş nazirinin müavini, xarici
işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.
Xüsusi nümayəndə bildirib ki, görüşdə regional təhlükəsizlik
kontekstində perspektivlər müzakirə olunub:
“Ötən gün
Azərbaycanda idim, sabah isə Ermənistanda olacağam. Müzakirə üçün
olduqca çox məsələ var. Mən nazirə Cənubi Qafqazın üç ölkəsi
arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı Gürcüstan
tərəfindən irəli sürülmüş təşəbbüsə görə təşəkkür etdim. Gürcüstan
həqiqətən də Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə çox
mühüm və fəal rol oynayır”.
Mənbə: report.az