Gürcüstanda koronavirusa 5 219 yeni yoluxma qeydə alınıb
Gürcüstanda ötən sutkada koronavirusa 5 219 yeni yoluxma halı təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 675 771 nəfərdə aşkarlanıb. Onların 619 285-i sağalıb, 9 588-i isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 46 872 nəfərdir.
Print Email
FaceBook Twitter Google