Melianın sözlərinə görə, Kaladze debatlardan imtina edir çünki, heçbir cavabı yoxdur
Tbilisi merinin namizədi Nika Melianın sözlərinə görə, Kaxa Kaladze onunla debat etməkdən imtina edir, çünki onun cavabı və ya müsbət gündəmi yoxdur.

Melianın sözlərinə görə, əgər Kaladze onunla debata razılaşsaydı, bu, tbilisililərin və beynəlxalq dostların marağına səbəb olardı

"Təəssüf ki, Kaxi Kaladze debatlardan imtina etdi. Buna ailəsini təhqir etməyimi səbəb göstərir.
Mən heçvaxt onu və ya onun ailə üzvlərini təhqir etməmişəm. Mən ilk növbədə bunu üzərimə götürmürəm.

Qaldı ki, meriyada korrupsiyanı gündəlik rutin hala gətirmək, milyonları cibinə qoymaq, hakim partiyaya milyonlarla pul sərf etmək, zorakı qrupları maliyyələşdirmək - bunlar şəxsi məsələlər deyil. Bunlar onun məğlubiyyətindən dərhal sonra bitəcək problemlərdir.

Bilirəm ki, onun cavabları yoxdur, müsbət gündəmi yoxdur – partiya "bosslarının" göstərişi ilə qarşıdurmanın və vətəndaş münaqişəsinin ritorikasından istifadə edir. Lakin bu mövzuda debat Tbilisili və beynəlxalq dostlarımız üçün maraqlı olardı. Nə edəcəyik – biz düşmənçilik spiral daxil olmuş korrupsiyonerləri inandıra bilmərik.Onları birlikdə 30 - da məğlub etməliyik."
,–   Deyə Melia Feysbukda yazıb.

VMH-dən merliyə namizəd Nika Melia Kaladzeyə oktyabrın 19-da keçiriləcək debatlarda iştirak etməyi təklif edib. Melia, Kaladzeyə istənilən telekanalda və istənilən zaman debat etməyi təklif edib və debatların səhnələşdirilmiş deyil real olmalı olduğunu qeyd edib.

"Gürcü Arzusu" nun mer namizədi Kaxa Kaladze yerli özünüidarə seçkilərinin ikinci turunda rəqibi ilə debatlarda heç bir məna görmədiyini bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google