SOCAR Batumidə bina uçqunundan zərər çəkənlərə maddi yardım edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi Batumi şəhərində oktyabrın 8-də baş vermiş bina uçqunundan zərər çəkənlərə yardım göstərib.

Şirkət onlar üçün yaradılmış fonda 10 min lari (3 195 ABŞ dolları) məbləğində vəsait köçürüb.

Yardım zərər çəkənlərin ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Şirkət kollektivi hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, faciə zamanı 9 nəfər ölüb. Zərər görən 53 ailə müvəqqəti sığınacağa yerləşdirilib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google