Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi
Batumi şəhərində oktyabrın 8-də baş vermiş bina uçqunundan zərər
çəkənlərə yardım göstərib.
Şirkət onlar üçün yaradılmış fonda 10 min lari (3 195 ABŞ dolları)
məbləğində vəsait köçürüb.
Yardım zərər çəkənlərin ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Şirkət kollektivi hadisə nəticəsində ölənlərin ailələrinə
başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını
arzulayıb.
Qeyd edək ki, faciə zamanı 9 nəfər ölüb. Zərər görən 53 ailə
müvəqqəti sığınacağa yerləşdirilib.