"Avropa İnsan Hüquqları Məhkəməsi işi müzakirə edənə qədər Saakaşvili həbsdən azad edilməlidir" - Avropa Parlamentinin deputatları
"Avropa İnsan Hüquqları Məhkəməsi işi müzakirə edənə qədər Saakaşvili həbsxanadan azad edilməlidir", - Avropa Parlamentinin 5 deputatı tərəfindən imzalanan bəyanatda deyilib.

Bəyanata görə, Saakaşvilinin işi Avropa İnsan Hüquqları Məhkəməsinə təhvil verilib və Aİ bu məsələləri yaxından izləyəcək.

Avropa Parlamenti üzvlərinin bəyanatda qeyd etdiklərinə görə, müxalifət lideri və keçmiş prezidentin həbsdə olması təqibin siyasi mahiyyəti ilə bağlı suallar yaradır.

"Avropa İttifaqı ilə əlaqəli bir ölkə olan Gürcüstan, demokratiya, insan hüquqları və qanunun aliliyi kimi Avropa dəyərlərini və prinsiplərini müdafiə etmək öhdəliyində olmalıdır. Gürcüstanın Avropaya inteqrasiyasının tərəfdaşı olan Gürcüstan xalqı və Gürcüstanın Avropalı tərəfdaşları hökumətdən və hakim partiyadan bu prinsip və standartları tam şəkildə həyata keçirməyi və onlara riayət etməyi gözləyir.

Müxalifət lideri və keçmiş prezidentin Gürcüstanda həbsdə olması təqibin siyasi mahiyyəti ilə bağlı suallar yaradır. Baş nazir Qaribaşvilinin açıq bəyanatları yalnız Saakaşviliyə qarşı açılan işlərin arxasındakı siyasi motivləri təsdiqləyir və Avropa tipli ədalət sistemində tamamilə qəbuledilməzdir.

Gürcüstanın Avropa gələcəyi təhlükədədir. Bu vəziyyətin həll edilməsi məsələsində məsuliyyət ilk növbədə hökumətin və hakim "Gürcü Arzusu" partiyasının üzərinə düşür.

Saakaşvilinin işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu, Avropa ədalətinin Gürcüstanın gələcəyi üçün ən vacib məsələni həll etməsi üçün bir yoldur və Aİ bu məsələləri yaxından izləyəcək və ona uyğun hərəkət edəcək. "AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) işi müzakirə edənə qədər Saakaşvili həbsdən azad edilməlidir",
- deyə Avropa Parlamentinin deputatları tərəfindən imzalanan bəyanatda qeyd edilib.

Endryu Kubilius - Euronest Parlament Assambleyasının həmsədri;

Rasa Yukneviçien - Cənubi Qafqazla Əlaqələr Nümayəndəliyinin rəhbəri (DSCA);

Riho Teras;

Miriam Leksman;

Sandra Kalniete.
Print Email
FaceBook Twitter Google