"Avropa İnsan Hüquqları Məhkəməsi işi müzakirə edənə
qədər Saakaşvili həbsxanadan azad edilməlidir", -
Avropa Parlamentinin 5 deputatı tərəfindən imzalanan bəyanatda
deyilib.
Bəyanata görə, Saakaşvilinin işi Avropa İnsan Hüquqları Məhkəməsinə
təhvil verilib və Aİ bu məsələləri yaxından izləyəcək.
Avropa Parlamenti üzvlərinin bəyanatda qeyd etdiklərinə görə,
müxalifət lideri və keçmiş prezidentin həbsdə olması təqibin siyasi
mahiyyəti ilə bağlı suallar yaradır.
"Avropa İttifaqı ilə əlaqəli bir ölkə olan Gürcüstan, demokratiya,
insan hüquqları və qanunun aliliyi kimi Avropa dəyərlərini və
prinsiplərini müdafiə etmək öhdəliyində olmalıdır. Gürcüstanın
Avropaya inteqrasiyasının tərəfdaşı olan Gürcüstan xalqı və
Gürcüstanın Avropalı tərəfdaşları hökumətdən və hakim partiyadan bu
prinsip və standartları tam şəkildə həyata keçirməyi və onlara
riayət etməyi gözləyir.
Müxalifət lideri və keçmiş prezidentin Gürcüstanda həbsdə olması
təqibin siyasi mahiyyəti ilə bağlı suallar yaradır. Baş nazir
Qaribaşvilinin açıq bəyanatları yalnız Saakaşviliyə qarşı açılan
işlərin arxasındakı siyasi motivləri təsdiqləyir və Avropa tipli
ədalət sistemində tamamilə qəbuledilməzdir.
Gürcüstanın Avropa gələcəyi təhlükədədir. Bu vəziyyətin həll
edilməsi məsələsində məsuliyyət ilk növbədə hökumətin və hakim
"Gürcü Arzusu" partiyasının üzərinə düşür.
Saakaşvilinin işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
Bu, Avropa ədalətinin Gürcüstanın gələcəyi üçün ən vacib məsələni
həll etməsi üçün bir yoldur və Aİ bu məsələləri yaxından izləyəcək
və ona uyğun hərəkət edəcək. "AİHM (Avropa İnsan Hüquqları
Məhkəməsi) işi müzakirə edənə qədər Saakaşvili həbsdən azad
edilməlidir", - deyə Avropa Parlamentinin deputatları
tərəfindən imzalanan bəyanatda qeyd edilib.
Endryu Kubilius - Euronest Parlament Assambleyasının həmsədri;
Rasa Yukneviçien - Cənubi Qafqazla Əlaqələr Nümayəndəliyinin
rəhbəri (DSCA);
Riho Teras;
Miriam Leksman;
Sandra Kalniete.