Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə səfərdə olan
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə
xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Bu barədə Gürcüstanın hökumət adminstrasiyasından bildirilib.
Görüşdə əsas diqqət regionda sülh və etimadın təmin olunmasının
əhəmiyyətinə yönəldilib. Gürcüstan baş nazirinin vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma müsbət
qiymətləndirilib. Qeyd olunub ki, Gürcüstanın vasitəçiliyi bölgədə
dialoqa şərait yaradır və təhlükəsizlik mühitini yaxşılaşdırır.
İ.Qaribaşvili Aİ-nin xüsusi nümayəndəsini yeni sülh platforması -
Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü barədə də məlumatlandırıb.
Hökumət başçısı bildirib ki, bu təşəbbüs regionda sülh və
sabitliyin təminatı üçün nəzərdə tutulub və Aİ-nin bu prosesi
dəstəkləməsi xüsusi əhəmiyyər kəsb edir.