Prokurorluq Anastasiya Şatalovanın ölümündə üç nəfəri ittiham edib
Prokurorluq B.L-ni qəsdən adam öldürməkdə, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaqda, gəzdirməkdə, saxlamaqda, xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməkdə ittiham edib.

Prokurorluğun bildirdiyinə görə, adı çəkilən cinayət işi çərçivəsində - B.X polisə qarşı qanunsuz müqavimət göstərmək və xüsusilə çoxlu miqdarda narkotik maddə almaq və polis əməkdaşlarını öldürməyə cəhd etmək, xüsusilə də ağır cinayəti ört-basdır etməkdə ittiham olunub.

"Daxili İşlər Nazirliyi tərəfindən davam etdirilən araşdırma çərçivəsində müəyyən edilib ki, oktyabrın 18-də, saat 00:30 radələrində, Tbilisidə A.Ş-nın yaşadığı evin girişində B.L. əlində olan odlu silahdan açılan bir neçə güllə ilə A.Ş-ya ağır xəsarət yetirib. Hadisə yerində qadın dünyasını dəyişib. B.L. hadisə yerindən B.X ilə əlaqə saxlayaraq gizlənmək üçün kömək istəyib. B.X. avtomobillə B.L.-nın yanına gəlib və bu zaman cinayət törətdiyini öyrənib, bundan sonra B.L-nin əlindəki silahı gizlətməkdə ona kömək edib.

Axtarış-əməliyyat tədbirləri nəticəsində B.L-nin yeri müəyyən edilib.

Həmçinin, istintaq tədbirləri aparılarkən dostu L.R.-nin iqamətgahında gizlənən B.X.-nın yeri də məlum olub.

Polis əməkdaşları tərəfindən saxlanılan B.X-ya şəxsi baxış zamanı qanunsuz olaraq saxladığı və gəzdirdiyi əl qumbarası da aşkar edilib. Polisə müqavimət göstərdiyi üçün tutulan L.R -ə şəxsi baxış zamanı xüsusilə böyük miqdarda narkotik vasitə "heroin" ələ keçirilib.

B.L, Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi, 236-cı maddəsinin 3-cü və 4-cü hissələri və 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndinə əsasən (qəsdən adam öldürmə, odlu silah və döyüş sursatının alınması, saxlanması və daşınması faktları ilə) ittiham olunur. Törədilmiş cinayətə görə, 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

L.R, Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi və 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndinə əsasən (polis işçisinin fəaliyyətinə xitam verməsi, zorakılıq, xüsusilə də külli miqdarda qanunsuz narkotik maddənin saxlanılması faktları ilə) ittiham olunur. Törədilmiş cinayətə görə, 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

B.X, Gürcüstan Cinayət Məcəlləsinin 19-353-cü maddəsinin 3-cü hissəsi, 236-cı maddəsinin 3-cü hissəsi və 375-ci maddəsinin 3-cü hissəsinə əsasən (partlayıcı qurğuların qanunsuz alınması və saxlanması faktları ilə) ittiham olunur. Törədilmiş cinayətə görə, 16 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluq artıq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə müraciət edib”,
- deyə məlumatda bildirilib.
Print Email
FaceBook Twitter Google