Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Azərbaycana səfərini dəyərləndirib
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Azərbaycana səfərini müsbət qiymətləndirib.

Bu barədə o, Azərbaycan səfiri Faiq Quliyevlə keçirdiyi görüşdə bildirib.

Z.Vaşakmadzenin sözlərinə görə, Azərbaycanda keçirdiyi çoxsaylı görüşlər dini siyasət və vəziyyətlə yerində tanış olmaq baxımından maraqlı təcrübə olub.

F.Quliyev öz növbəsində qeyd edib ki, Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri iki qonşu və dost ölkə arasında strateji əməkdaşlığın daha bir təsdiqidir.

Görüşdə Z.Vaşakmadzenin müavini Giorgi Ukleba, din xadimləri Dmitri Kapanadze və Qaxdakı Müqəddəs Giorgi kiləsinin keşişi Petre ata, səfirliyin I katibi Anar Rəsulov və III katib Ramel Lətifov da iştirak edib.

Qeyd edək ki, Z.Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti bu ilin avqust ayının sonunda Azərbaycanda səfərdə olub. Heyət Qax rayonuna da baş çəkib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google