Bu xəstəliklərin sayını xeyli artıracaq - Levan Ratiani hansı təhlükədən danışıb
Birinci Universitet Klinikasının baş direktoru Levan Ratiani, koronavirusun yayılma sürəti belə dəvam etsə, yaxın gələcəkdə klinikalarda boş çarpayı olmayacağını söyləyib.

Ratiani, bir çox insanın yalnız kütləvi peyvənd yolu ilə xilas edilə biləcəyini söyləyərək əhalini bir daha peyvənd olmağa çağırıb.

"Klinikada son 12 gündə boş yer qalmayıb. Bu pis göstəricidir.

Epidemioloqların verdiyi məlumata görə, bu 5-ci dalğanın başlanğıcıdır və xatırladığım qədəri ilə heç bir dalğa bu qədər böyük rəqəmlə başlamayıb. Yəni bu, epidemioloqların dediyi kimi dalğanın başlanğıcıdırsa, pik həddə çatanda nə olacağını təsəvvür edin.

İkinci məqamla artıq mövsümi, yuxarı tənəffüs yolları yoluxmaları yayılmağa başlayır. Bu, iki yoluxmanın əhaliyə yayıla biləcəyi deməkdir. Bu səbəbdən, bu xəstəliyin insidansını əhəmiyyətli dərəcədə artıracaq, çünki bir insan bu iki virusa yoluxması və ya mövsümi bir qrip olduğu zaman immunitet sistemi daha da zəifləyəcək. Bu, isə insanların vəziyyətini ağırlaşdıracaq”,
- deyə Levan Ratiani bildirib.
Mənbə: report.ge
Print