Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan
vətəndaşı saxlanılıb.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən
bildirilib.
Ermənistanla sərhəddəki “Sadaxlı” gömrük-buraxılış məntəqəsində
həmin şəxsin əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş 100
qram çəkidə qızıl külçə aşkarlanıb. Qaçaqmalın dəyəri 17 686 lari
(5 632 ABŞ dolları) təşkil edib.
Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma
aparılır.