"Astrazeneca" peyvəndinin müddəti bitir, ikinci doza üçün başqa alternativ peyvənd təklif ediləcək
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, "COVID-19"-a qarşı "Astrazeneca" peyvəndinin ikinci dozası üçün son tarix 31 oktyabrdır.

Noyabrın 1-dən "Astrazeneca"-nın ilk dozasını almış şəxslərə "Pfizer", "Sinopharm" və ya "Sinovac" da daxil olmaqla istənilən alternativ peyvənd təklif olunacaq.

Amiran Qamlrelidze "Netgazeti"-yə açıqlamasında "Astrazeneca" peyvəndinə tələbat olmadığını və mövcud tədarüklərin sona çatdığını söyləyib.

Oktyabrın 20-də 5194 nəfər peyvənd edilib. Gürcüstanda 914 311 nəfər tam peyvənd olunub, bu da yetkin əhalinin 32,0 faizini təşkil edir. 1 017 863 nəfər isə bir doza ilə peyvənd edilib, bu da yetkin əhalinin 35.8%-dir.

Mənbə: Netgazeti
Print