Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz
Saakaşvili xəstəxanaya yerləşdirilib.
77 yaşlı N.Saakaşvilini infarkt vurduğu bildirilir.
O, hazırda Çapidze adına Kardioloji Klinikadadır. Tibbi müəssisədən
bildirilib ki, N.Saakaşvilinin vəziyyəti qənaətbəxşdir və onda
aritmiya əlamətləri müşahidə olunur.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və
Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, özünü
siyasi məhbus hesab edir və azadlığa buraxılması tələbi ilə artıq
21-ci gündür aclıq aksiyası keçirir.