"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
22 oktyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-a kimi
Marneuli bələdiyyəsinin Şaumiyani, Qaçağan, Ağməmmədli,
Qasımlı, Təkəli, Aşağı Saral, İmir, Araflı, Kirəç-Muğanlı, Daştəpə,
Ulaşlı, Şulaveri,Qırmızı kənd, Xixani və ətraf kəndlərdə
elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge