Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları
həbsxana pəncərəsindən salamladığı üçün cəzaçəkmə müəssisəsinin
nizamnaməsini pozub.
Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar
Xidmətinin məlumatında deyilir.
"Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi.
Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına
girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər.
Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən
qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da
daxili nizamnaməni pozub", - məlumatda qeyd
edilir.
Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi
Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın
veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb
və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.