Rustavi şəhərinin Dostluq prospektində yol-nəqliyyat hadisəsi baş
verib.
“İnfo Rustavi”nin məlumatına görə, “Volkswagen” markalı minik
avtomobili ilə “Mercedes” markalı taksi toqquşub.
“Mən yol verməli idim”, – taksi sürücüsü
xəbər agentliyinə bildirib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə patrul polisi səfərbər edilib.