Ozurgetidə avtomobil qəzası baç verib - yaralılar var
Ozurgeti şəhərinin Ağmaşenebeli küçəsində avtomobil qəzası baş verib. Qəza nəticəsində mikroavtobus və minik avtomobili toqquşub.

Qəza nəticəsində biri azyaşlı olmaqla 4 nəfər yaralanıb. Avtomobil qəzası nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Mənbə: inforustavi.ge
Print