İstintaq xidməti bir nəfəri saxlayıb
Bir nəfər böyük miqdarda saxta pul satmaqda şübhəli bilinərək həbs edilib. Bu barədə istintaq xidmətindən report.ge-yə məlumat verilib.

Qurumdan verilən məlumata görə, istintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs qanunsuz maddi mənfəət əldə etmək məqsədilə 5000 ABŞ Dolları dəyərində 50 ədəd saxta 100 dollarlıq əskinas satıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə kimi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google