Saakaşvilinin ölkəyə girişi ilə bağlı saxlanılan dördüncü şəxs də həbs cəzasına məhkum edilib
Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin ölkəyə daxil olması işi ilə bağlı saxlanılan dördüncü vətəndaş Qiorqi Narimanidzeyi də həbs cəzasına məhkum edib.


Mixeil Saakaşvilinin işi üzrə aparılan istintaq çərçivəsində polis oktyabrın 20-də Narimanidzeni cinayəti ört-basdır etmək ittihamı ilə saxlayıb. Bundan əvvəl hadisə ilə bağlı Saakaşvilidən başqa 3 nəfər saxlanılmışdı.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsinin ağır cinayətin ört-basdır edilməsini nəzərdə tutan ikinci hissəsi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə, 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google