Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin ölkəyə daxil olması işi ilə
bağlı saxlanılan dördüncü vətəndaş Qiorqi Narimanidzeyi də həbs
cəzasına məhkum edib.
Mixeil Saakaşvilinin işi üzrə aparılan istintaq çərçivəsində polis
oktyabrın 20-də Narimanidzeni cinayəti ört-basdır etmək ittihamı
ilə saxlayıb. Bundan əvvəl hadisə ilə bağlı Saakaşvilidən başqa 3
nəfər saxlanılmışdı.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsinin ağır
cinayətin ört-basdır edilməsini nəzərdə tutan ikinci hissəsi ilə
istintaq aparılır. Törədilmiş cinayətə görə, 4 ilə qədər azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.