Pfizer- dən verilən məlumata görə buster dozasının COVİD-19-ə qarşı 96% təsirlidir
Pfizer-dən verilən məlumata görə Pfizer/BioNTech peyvəndinin Baster dozası virusa qarşı 95,6% effektivliyə malikdir. Şirkət bununla bağlı neçə saat əvvəl 10 000 nəfər 16 yaş və üzəri insanların iştirak etdiyi press-reliz yayımlayıb. Hələlik bu məlumatlar şirkətin yayımladığı press-relizə əsaslanır.

"Randomizə edilmiş və nəzarət altına alınmış tədqiqatın ilkin nəticələri, Delta Koronavirus ştamının yayıldığı dövrdə virusa qarşı covid-19 buster peyvəndinin 95,6%-lik təsirli olduğunu göstərdi",
- deyə şirkətin bəyanatında qeyd edilib.

Klinik araşdırmanın ilkin nəticəsi ABŞ-ın qida və dərman vasitələri adminstrasiyası (FDA) Moderna və Johnson & Johnson-un buster dozalarının tətbiqinə icazə verdikdən sonra əldə edilib.

Pfizer şirkətindən verilən məlumata görə peyvəndin iki dozasını qəbul etdikdən sonra onun təsiri tədricən azalır. Pfizer tərəfindən istina edilən araşdırmaya görə, əgər iki dəfə peyvənd edildikdən sonra onun təsiri 2 həftə keçibsə 96%, 4 həftə keçibsə 84%-ə qədər düşür. Məhz bu səbəbdən ölkələr buster dozasının alınmasından bəhs edirlər.

Bu gün Pfizer tərəfindən nəşr olunan məlumatlara görə, ikinci doz və Buster (və ya plasebo) arasındakı orta vaxt təxminən 11 ay olub. Araşdırmaya görə buster qəbul edən qrupda cəmi beş COVİD-19, plasebo qrupunda isə 109 hadisə qeydə alınıb.

İştirakçıların orta yaşı 53, 55,5 % - i 16 yaşdan 55 yaşadək, 23,3% - i isə 65 yaş və yuxarı yaşlı insanlar olub.

Pfizer/BioNTech klinik araşdırmnın daha ətraflı nəticələrini tezliklə 16 yaş və yuxarı vətəndaşların Buster dozadan istifadə etməsinə icazə almaq məqsədilə FDA-ya təqdim edəcək.

Mənbə: On
Print Email
FaceBook Twitter Google