Türkiyənin “TUSAŞ” şirkətinin nümayəndə heyəti Gürcüstana səfər
edib.
Şirkətin baş direktoru Temel Kotil və vitse-prezidenti Atilla Doğan
Tbilisi Aviasiya Zavoduna baş çəkib.
Nümayəndə heyətini Gürcüstan müdafiə nazirinin müavini Zurab
Azaraşvili və müəssisənin direktoru Mixeil Oğlişvili müşayiət
ediblər.
Tərəflər Gürcüstan və Türkiyə arasında birgə müəssisənin
yaradılması və hərbi-hava sənayesinin inkişafına yönəlmiş gələcək
planları müzakirə ediblər.
Qeyd edək ki, Tbilisi Aviasiya Zavodunda hərbi təyyarələr müasir
standartalara uyğun bərpa, təmir olunur və modernləşdirilir.