Yunanıstanın xarici işlər naziri Nikos Dendias gələn ay Gürcüstana
səfər edəcək.
Bu barədə XİN başçısı ilə görüşdən sonra Gürcüstan parlamentinin
sədri Kaxa Kuçava məlumat verib.
Onun sözlərinə görə, görüşdə Gürcüstanın avroatlantik inteqrasiyası
və Yunanınstanın bu prosesdəki dəstəyinin önəmi müzakirə
olunub.
K.Kuçava deyib, N.Dendias Yunanıstanın Gürcüstanın Qərb meyllərinin
güclü tərəfdarı olduğunu təsdiqləyib.
Spiker görüşdə Yunanıstanda yaşayan gürcü diasporunu narahat edən
məsələlərin də nəzərdən keçirildiyini qeyd edib.