Qardabani Gənclər Mərkəzi tərəfindən 44 günlük “Vətən Müharibəsi” və “Zəfər Günü” münasibəti ilə müsabiqə keçiriləcək
Qardabani Gənclər Mərkəzi tərəfindən 44 günlük “Vətən Müharibəsi” və “Zəfər Günü” münasibəti ilə müsabiqə keçiriləcək. Müsabiqənin məqsədi Azərbaycan Respublikasında 44 gün ərzində davam edən “Vətən Müharibəsini” yaşlı və gənc nəslə çatdırmaq və insanları məlumatlandırmaqdır.

Müsabiqə əsasən 16-25 yaşlarında olan şəxslər üçün nəzərdə tutulub. Müsabiqə 5 istiqamətdə baş tutacaq, videoçarx müsabiqəsi, karikatura və rəsm müsabiqəsi, esse müsabiqəsi, fleş-mob və gənc jurnalistlər üçün yazı müsabiqəsi.


Yekunda müsabiqədə 2-ci və 3-cü yerin qaliblərinə müxtəlif hədiyyələr, planşet, mobil telefon və s. təqdim olunacaq.

Müsabiqədə qalib olmuş şəxslərin əl işləri isə Azərbaycanda fəaliyyət göstərən “Gənclərin Töhfəsi” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Zəfərə doğru addımla” adlı layihəsi çərçivəsində karikatura və rəsm albomları şəklində nəşr olunub paylanılması, esselər və jurnalistlərin yazıları kitab şəklində nəşr olunması, ən yaxşı fleş-mob, video-çarx ideyasının yayımlanması planlaşdırılır.

Müsabiqə Azərbaycan, Gürcüstan və Türkiyənin 6 bölgəsində təqdim olunacaq.

Mükafatlar

  • 1-ci yerlər – planşet (5 ədəd hər müsabiqə üzrə) - 442 USD
  • 2-ci yerlər – mobil telefon ( 5 ədəd hər müsabiqə üzrə) - 277 USD
  • 3-ci yerlər – mobil telefon ( 5 ədəd hər müsabiqə üzrə) - 242 USD
  • Digər bütün iştirakçılar üçün xatirə hədiyyələri.

Print Email
FaceBook Twitter Google