Gürcüstanda “Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb
Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 3-cü dəfə təxirə salınıb.

Bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorqadze “BusinessPressNews” nəşrinə bildirib.

O, qərarın nə zaman qüvvəyə minəcəyi barədə məlumatlı olmadığını qeyd edib: “Biz əlbəttə ki, təxirə salınmanı alqışlayırıq. Lakin bununla bağlı şirkətin heç bir müraciəti olmayıb”.

Gürcüstan hökumətinin qərarı ilə yeni standartın tətbiqi 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəkdi. “Avro 5”ə keçid hələ 2020-ci ilin yanvarın 1-də baş tutmalı idi.

Azərbaycan qonşu ölkənin əsas dizel tədarükçülərindən biridir. Nəşr qeyd edib ki, Gürcüstan yeni standarta Azərbaycanın “Avro-5”ə cavab verən yanacaq məhsullarının istehsalını təmin etməsindən sonra keçəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google