Gürcüstanda futbol komandasının məşqçisi həbs olunub
Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan atıldığını bildirib. O, məhkəmə qərarından Appelyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər