Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə
Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Mərkəzin ilkin məlumatına görə, zəzələ Tbilisi vaxtı ilə 24 oktyabr
tarixində saat 21:04-də baş verib. Zəlzələnin episentiri Dmainisi
rayonundan 26 km cənub-qərbdə, Sameba (Samtsxe-Cavaxeti bölgəsinin,
Ninotsminda bələdiyyəsi ərazisində yerləşən Gorelovka ərazi
vahidliyində yerləşən bir kənd) kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələ Tbilisidə də hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat
verilməyib.