Gürcü Arzusu Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə
kütləvi aksiya təşkil edəcək.
Bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə
deyib.
Onun sözlərinə görə, seçki öncəsi mitinqdə “Gürcü Arzusu”nun on
minlərlə tərəfdarı toplaşacaq və gürcü xalqının gücü nümayiş
etdiriləcək:
“Gürcüstanın gələcəyinə, sülh, sabitlik və
inkişafa dəyər verən hər kəsi aksiyada
gözləyirik”.
Qeyd edək ki, ölkədə oktyabrın 30-da yerli özünüidarəetmə
orqanlarına seçkilərin ikinci mərhələsi keçiriləcək.