İsmayılovlar ailəsi onillərdir arıçılığı davam etdirirlər. İndiki
mərhələdə ailə 70 arı ailəsinə qulluq edir.
Baxmayaraq ki, son iki il ərzində bal satışı hiss olunacaq dərəcədə
azalıb, İsmayılovlar arı ailəsinin sayını 100-ə qədər artırmağı
düşünürlər.
Koronavirus pandemiyasına görə, sərhədlər bağlanan zaman ailə gəlir
mənbəyini itirib.
“Bizim müştərilər əsasən Bakıdan gəlirdi. Sərhədlər
bağlandığına görə, gələ bilmirlər və iki ildir ki, balımız
satılmır”, – İsmayıl İsmayılov bildirdi.
Daha ətraflı↓
Mercycorps-un Qafqaz Alyansları Proqramının Qərbi Gürcüstan üzrə
koordiantoru Lela Putkaradze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, 2020-21-ci illərdə Gürcüstandan xaricə bal satışı
əhəmiyyətli dərəcədə artıb.
“2020-21-ci illərdə bal ixracı əhəmiyyətli dərəcədə
artıb. 2017-ci ildə Gürcüstandan bal ixracı 2,2 ton idi. 2019-cu
ildə aktivlik başladı və bir neçə şirkət bal apardı, ixrac 6,7 tona
qədər artdı. 2020-ci ildə, pandemiya başladı və real olaraq
müxtəlif sektorlarda problemlər yarandı. Bal sektorunda ixracın
artmasını görürük və bu artım 21, 7 tona qədər oldu. 2021-ci ildə
artım əhəmiyyətli dərəcədə hiss olundu. Belə ki, bu dövr ərzində
Gürcüstandan 106,6 ton bal ixrac edilib”.
Lela Putkaradzenin sözlərinə görə, ölkədən davamlı şəkildə bal
aparan şirkətlərin sayı da artıb. Ancaq o, bildirdi ki, adi kiçik
arıçıların şəxsi vəsaitləri ilə ixraca bal çıxarmaq imkanı
yoxdur.
“Bal toplayan şirkətlər də var. Onlar kiçik arıçılardan
bal toplayırlar. Araşdırmalardan sonra isə həmin toplanmış balı
xaricə aparırlar. Balı ixracı yalnız belə
mümkündür”.
Putkaradzenin sözlərinə görə, Gürcüstandan balın satışının hər il
artması faktı kiçik arıçılara da müsbət təsir göstərəcək. Çünki
onlar üçün məhsullarını Gürcüstan bazarına çıxarmaq daha asan
olacaq. Çünki böyük arıçılar öz məhsullarını az-çox xaricə
çıxarırlar.