MSK-nın məlumatına görə, seçkilərin ikinci turunda 2 088 722 seçici iştirak edəcək
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turunda 2 milyon 088 min 722 seçici iştirak edəcək.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natiya İoseliani bildirib.

Onun sözlərinə görə, MSK seçici siyahılarında dəqiqləşmə aparıb və təkrar səsvermədə iştirak edəcək seçicilərin siyahısını tərtib edib. Seçicilərin 1 milyon 002 min 525-i paytaxt Tbilisinin payına düşüb.

Qeyd edək ki, seçkilərin ikinci turu oktyabrın 30-da paytaxt Tbilisi də daxil olmaqla, 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində keçiriləcək.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google