Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana
birgünlük işgüzar səfər edəcək.
Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına
enəcək.
R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti
ilə həyata keçirilir.
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli
rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava
Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni
avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa
ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan
əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da
dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən
keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin
regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi
aparılacaq.