9 nəfər 70 avro müqabilində saxta kovid pasportu hazırlamaqda
ittiham olunub. Sözügedən məlumatı İstintaq Xidməti yayıb.
İstintaq Xidməti saxta kovid pasportlarının və koronavirus
laboratoriya testlərinin mənfi nəticələrini əks etdirən saxta
sənədlər hazırlayan və istifadə edən şəxslərin müəyyən edilməsi
istiqamətində fəal tədbirləri davam etdirir.
İstintaq Xidmətinin İstintaq Şöbəsi əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri
nəticəsində Tbilisi və İmereti bölgəsində bu növ cinayətlə bağlı 2
fakt aşkar edilib, 9 nəfərə ittiham irəli sürülüb, onlardan biri
saxlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən
saxta sənəd və möhürlər, həmçinin saxta pasportlar və onların
hazırlanmasında istifadə olunan kompüter avadanlıqları
götürülüb.
Həmçinin, İmereti bölgəsində dövlət sərhədini keçərkən
koronavirusun ötürülməsi qaydalarının qarşısının alınması məqsədilə
tibbi qurumların adından verilmiş koronavirus "PCR" laboratoriya
müayinəsinin mənfi nəticələrini əks etdirən saxta sənədlər alıb
istifadə edən 8 nəfər müəyyən edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 3 ilə qədər həbs
cəzasını nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi ilə
istintaq aparılır.