Gürcüstandan kartof ixracı 10 dəfə artıb - məhsulu hara satırıq
Gürcüstandan kartof ixracı rekord həddə çatıb. Milli Statistika İdarəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədən 30 006 ton (ümumilikdə 10 595 milyon dollar dəyərində) kartof ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 dəfə çoxdur.

2020-ci ilin 9 ayında kartof ixracı 3012 ton (917.3 min dollar) təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları və ixracatçı ölkələrə gəlincə, bu il Gürcüstan kartofu əsasən 8 ölkəyə, ən çoxu isə Rusiyaya ixrac edilib - ümumi ixracın 68%-ni təşkil edib.

2021-ci ilin 9 ayında Gürcüstandan ən çox kartofun ixrac edildiyi ilk 5 ölkə:
  • Rusiya - 20 403 ton (9.009 milyon dollar)
  • Azərbaycan - 4 924 ton (614.2 min dollar)
  • Moldova - 1738 ton (319.6 min dollar)
  • Türkmənistan - 871 ton (125.3 min dollar)
  • Belarus - 669 ton (177.1 min dollar)

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google