Bizi ən ağır qış gözləyir - Akaki Zoidze
Səhiyyə siyasəti üzrə ekspert, keçmiş deputat Akaki Zoidze bildirib ki, ölkədə peyvəndləmə sürəti artmasa və ictimai immunitet yaranmasa, epidemioloji baxımdan sərt qış gözlənilir.

Bununla yanaşı, Zoidze peyvəndlərin yüksək olduğu regionlarda virusun yayılmasının aşağı olduğunu vurğulayıb.

“Peyvəndləmə prosesinin surəti artmasa, bizi ən pis qış gözləyir. Digər bölgələrlə müqayisədə peyvəndləmə prosesinin artıq olduğu Tbilisi və Acarıstanda koronavirusa yoluxma sayı azdır",
- deyə Akaki Zoidze qeyd edib.

Mənbə: report.ge
Print