Saakaşvili aclığa davam edir, vəziyyəti hər an pisləşə bilər - həkimin açıqlaması
Mixail Saakaşvilinin səhhəti hər an pisləşə bilər.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.

“Səhhəti ilə bağlı vəziyyət dünənki kimidir. O, aclığa davam edir və Qldani həbsxana xəstəxanasında yatmaqdan imtina edir. Həbsxana ərazisində təcili yardım həkimləri növbədə qalırlar”, – deyə o bildirib.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs olunub. Rustavidəki 12 saylı həbsxanada saxlanılan siyasətçi özünü siyasi məhbus adlandırır və azad edilməsini tələb edir. O, bu tələblə artıq 26-cı gündür aclıq aksiyası keçirir.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google