“Qarabağ regionu investisiya mərkəzinə çevrilir.
Rusiya, Türkiyə və digər ölkələrdən olan sərmayəçilər Qarabağın
investisiya mühitindən yararlanmağa yönəliblər”.
Bu barədə Gürcüstanın “Kommersant” (www.commersant.ge) biznes
nəşrinin “Kapital Qarabağa yönəlir - işğala son qoyularsa, Suxumi
və Tsxinvalinin investisiya potensialı necə olar” başlıqlı
məqaləsində yazılıb.
Müəllif qeyd edib ki, investorlar Qarabağda energetika və sənaye
sahələrindən tutmuş aqrar sektora qədər müxtəlif layihələrdə
iştirak etməyə hazırdırlar.
Məqalədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş
dövlət naziri Paata Zakareişvilinin mövzu ilə bağlı rəyi də yer
alıb. Onun sözlərinə görə, Abxaziyanın kifayət qədər böyük
investisiya potensialı var:
“Lakin yalnız münaqişənin
həllindən sonra işğalda olan ərazilərin inkişafı və iqtisadi
tərəqqisindən danışmaq mümkündür”.
Ekspert Gürcüstanın münaqişəni həll etməsi ilə bağlı hələ
perspektivlər görmədiyini vurğulayıb:
“Gürcüstan bunun
üçün heç nə etmir. Əgər heç nə etmirsənsə, heç bir nəticə də
olmur”.